Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir E.Mehdiyev/
Oktyabrın 24-də Bakı şəhər sakini Nigar Sadıxovanın küt alətlə qətlə yetirilmiş meyiti Nəsimi rayonu ərazisində yaşadığı mənzilində tapılıb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, aparılmış araşdırmalar zamanı mənzildən 26.000 manat və 5100 dollar pul aparılması müəyyən edilib.
Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.