...

Məhkuma gətirilən sosiskaların içindən narkotik çıxdı (FOTO)

Hadisə Materials 8 Noyabr 2013 20:01 (UTC +04:00)
Penitensiar Xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Məhkuma gətirilən sosiskaların içindən narkotik çıxdı (FOTO)

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Penitensiar Xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu gün həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1981-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1; 67.1; 29,186.2.1; 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 181.3.1; 228.2.1 maddələri ilə təqsirli bilinərək 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Qahir Mirəli oğlu Zəkiyevə vətəndaş Məmməd Zakir oğlu Həsənovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı sellofan paketdə olan "közləmə sevimli dad" sözləri yazılmış 6 ədəd sosiskanın və "sevimli dad kəllə qənd" sözləri yazılmış qənd kisəsinin içərisində gizlədilmiş ümumi xalis çəkisi 4,4 qram olan narkotik vasitə "heroin" aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti