...

Tacikistanda 4,7 bal gücündə zəlzələ olub

Hadisə Materials 10 Noyabr 2013 10:27 (UTC +04:00)
Bu gün Tacikistanda yerli vaxtla saat 10:15-də 4,7 bal gücündə zəlzələ baş verib.
Tacikistanda 4,7 bal gücündə zəlzələ olub

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Bu gün Tacikistanda yerli vaxtla saat 10:15-də 4,7 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS-a Tacikistan Elmlər Akademiyasının Geofizika Xidmətindən bildiriblər.

Seysmoloqların məlumatına görə, zəlzələnin episentri Düşünbədən 26 km cənub-şərqdə qeydə alınıb. Paytaxtda yeraltı təkanlar 4 bal gücündə hiss olunub.

Ölkənin Fövqəladə Hallar Komitəsinə insan tələfatı və dağıntılar barədə məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti