...

Məhkumdan az rast gəlinən addım

Hadisə Materials 18 Noyabr 2013 12:15 (UTC +04:00)
Fakt üzrə araşdırma aparılır.
Məhkumdan az rast gəlinən addım

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyalar aşkar olunub.

Trend Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1983-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Sadiq Telman oğlu Hüseynovun kamerasına baxış keçirilərkən o, üzərində olan daxilində danışıq kartı olmayan 1 ədəd "Nokia" markalı mobil telefon aparatını könüllü olaraq təhvil verib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti