...

İsmayıllı sakini “VAZ”ın qurbanı oldu

Hadisə Materials 20 Noyabr 2013 13:30 (UTC +04:00)
İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İsmayıllı sakini “VAZ”ın qurbanı oldu

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İ.İzzət/

İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 19-da saat 20.00 radələrində İsmayıllı rayonu ərazisində rayon sakini Elman Əzizov idarə etdiyi "VAZ-21100" markalı avtomobillə yolu keçən rayon sakini Ağalar Xanalıyevi vurub.

Piyada A.Xanalıyev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti