Çində kimya müəssisəsində partlayış: 3 ölü, 40 yaralı

Hadisə Xəbər 22 Noyabr 2013 09:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Bu gün Çinin şərqində yerləşən Şandun əyalətinin Tsindao şəhərində kimya müəssisəsində baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 40 nəfər isə xəsarət alıb.

Trend İTAR-TASS-a istinadən xəbər verir ki, partlayış dalğaları müəssisənin qapılarını sındırıb, yaxınlıqda dayanmış ekskavator və yük maşınlarını aşırıb.

Hadisə yerinə 20 yanğınsöndürmə briqadası cəlb olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti