...

Dekabrın 12-də Azərbaycanda yol qəzalarında 5 nəfər ölüb, 8-i yaralanıb

Hadisə Materials 13 Dekabr 2013 10:58 (UTC +04:00)
Dekabrın 12-də qarlı-şaxtalı hava şəraitində Azərbaycan ərazində 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 8 nəfər yaralanıb.
Dekabrın 12-də Azərbaycanda yol qəzalarında 5 nəfər ölüb, 8-i yaralanıb

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İ.İzzət/

Dekabrın 12-də qarlı-şaxtalı hava şəraitində Azərbaycan ərazində 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 8 nəfər yaralanıb. Bu barədə Trend-ə DİN-in Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

K.Əliyev bildirib ki, baş verən yol qəzalarının 3-ü paytaxtda qeydə alınıb. Paytaxt ərazisində olan qəzaların hamısı piyadaların vurulması ilə nəticələnib. Baş verən qəzalarda iki piyada ölüb, biri yaralanıb.

K.Əliyev, həmçinin bildirib ki, Azərbaycanın magistral yollarında vəziyyət normallaşıb, avtomobillərin hərəkəti üçün problem yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti