FHN-in rəsmi məlumatı əlavə edilib (İlk xəbər 9:34-də yayılıb)
Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir E.Mehdiyev/
Bu gün Mərkəzi Neftçilər Xəstəxanasında yanğın olub.
Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, yanğın böyük ərazini əhatə etməyib və yanğınsöndürənlər tərəfindən dərhal söndürülüb.
Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli xəstəxananın 1-ci mərtəbəsində yerləşən sauna otağı 9 kv.m sahədə yanıb, otaqlarının lambirdən ibarət tavanı isə 40 kv.m sahədə əriyibr.
Yanğın zamanı binadan 138 nəfər tibb personalı və xəstələr yanğınsöndürənlər tərəfindən təxliyə olunub, 12 nəfər xilas edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 08:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.