...

Volqoqradda işə salınmamış partlayıcı qurğu tapılıb

Hadisə Materials 30 Dekabr 2013 13:27 (UTC +04:00)
Bu gün səhər saatlarında terror aktının baş verdiyi Volqoqradın Dzerjinski rayonunda ikinci partlayıcı qurğu tapılıb.
Volqoqradda işə salınmamış partlayıcı qurğu tapılıb

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Bu gün səhər saatlarında terror aktının baş verdiyi Volqoqradın Dzerjinski rayonunda ikinci partlayıcı qurğu tapılıb.

Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, hazırda bombanın zərərsizləşdirilməsinə başlanılıb.

Qeyd edək ki, Volqoqradda iki gün ərzində iki terror aktı törədilib. Belə ki, bu gün səhər saatlarında Volqoqradda trolleybusda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, 28 nəfər isə xəsarət alıb.

Dünən isə Volqoqrad şəhərinin dəmiryol vağzalında baş vermiş partlayış nəticəsində 14 nəfər ölmüş, 40-dən artıq nəfər isə yaralanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti