Azərbaycan, Bakı, 11 yanvar /Trend/
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nərimanov rayonunda dördmərtəbəli inzibati binada yanğın olması barədə məlumat daxil olmuşdur.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.
Yanğın zamanı 3-cü mərtəbədə tədris otağı, içərisində olan köhnə avadanlıqlar 16 kv.m sahədə və 4-cü mərtəbədə məskunlaşmış köçkünlərin 1 otağının pəncərə cərcivəsi yanmış, istidən 1 ədəd kondisioner ərimişdir. Yanğınsöndürənlər tərəfindən binadan 30 nəfər təxliyyə olunmuşdur.
Təcili Tibbi Yardım Stansiyası tərəfindən 4 nəfər tüstüdən boğulma diaqnozu ilə adiyyəti üzrə aparılmışdır.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Əlavə məlumat veriləcək.