Azərbaycan, Bakı, 16 yanvar /Trend/
Bakıda 2 otaqlı evdə yanğın baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağında 1 ədəd yataq dəsti yanıb.
Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər xilas edilib.
Ev yanğından mühafizə olunub. Yanğın saat 06:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.