...

Tovuzda qəza törədən sərxoş sürücülərdən biri xəstəxanada ölüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 16 Yanvar 2014 11:05 (UTC +04:00)
Tovuz rayonunun Alakol kənd sakinləri Ramin Sadıqov və Bayram Əhmədov toydan evə qayıdarkən qəzaya düşüblər.
Tovuzda qəza törədən sərxoş sürücülərdən biri xəstəxanada ölüb (ƏLAVƏ OLUNUB)

Yeni məlumat əlavə olunub (İlk xəbər saat 10:18-də yayılıb)

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Tovuz rayonunun Alakol kənd sakinləri Ramin Sadıqov və Bayram Əhmədov toydan evə qayıdarkən qəzaya düşüblər.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, onların idarə etdikləri "VAZ 21011" və "VAZ 2107" markalı avtomaşınların toqquşması nəticəsində hər iki sürücü müxtəlif dərəcəli xəsarətlərlə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qəza törədən avtomobillərdən birində bir qadın və iki azyaşlı uşaq da olub.

İlkin ehtimala görə, qəza sürücülərin sərxoş olması səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.

Trend TTV-yə istinadən xəbər verir ki, xəsarət alanlardan biri - "VAZ 21011" markalı avtomobilin sürücüsü Bayram Əhmədov xəstəxanada dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti