...

Narkotiklə saxlanıldılar, oğru olduqları da üzə çıxdı

Hadisə Materials 24 Yanvar 2014 12:20 (UTC +04:00)
Bakıda bir neçə şəxsdən narkotik götürülüb.
Narkotiklə saxlanıldılar, oğru olduqları da üzə çıxdı

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Bakıda bir neçə şəxsdən narkotik götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ CAŞ və 40-cı PB-nin keçirdikləri əməliyyat tədbirləri nəticəsində Samir İbadovdan 0,199 qram, əvvəllər məhkum olunmuşlar Xanbala Məlikovdan 0,178 qram, Ayat Məmmədovdan isə 0,183 qram heroin aşkar olunaraq götürülüb.

Müəyyən olunub ki, onlar 2013-cü il dekabrın 28-dən 2014-cü il yanvarın 1-nə dək olan müddətdə Hökməli qəsəbəsində Nəzakət Səmədovanın, yanvarın 5-nə keçən gecə Çiçək qəsəbəsində Adəm Salahovun, yanvarın 11-nə keçən gecə Hökməli qəsəbəsində Rasim Seyidovun, yanvarın 14-də Yuxarı Çiçək qəsəbəsində Xatirə Əliyevanın, yanvarın 15-nə keçən gecə isə Hökməli qəsəbəsində Subhəddin Məhərrəmovun evindən pəncərəni sındırma yolu ilə oğurluq etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti