...

Tovuzda yol qəzası baş verib, ölən və xasarət alan var

Hadisə Materials 26 Yanvar 2014 22:09 (UTC +04:00)
Tovuz rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Tovuzda yol qəzası baş verib, ölən və xasarət alan var

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Tovuz rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Trend-in Türkel TV (TTV)-yə istinadən verdiyi məlumata görə, hadisə rayonun Dondar Quşçu kəndinə gedən yolun üçüncü kilometrliyində qeydə alınıb.

Sürücüsünün kimliyi hələlik məlum olmayan "Qazel " markalı mikroavtobus aşaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerindəcə dünyasını dəyişib.

Qazelin sərnişini 19 yaşlı Elşən Nəzərov ağır yaralanaraq Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlərin sözlərinə görə, hazırda zərərçəkmişin vəziyyəti kafidir.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti