...

Bakıda iki avtomobil toqquşub, sürücülərdən biri yanaraq ölüb

Hadisə Materials 5 Fevral 2014 10:44 (UTC +04:00)
Nəticədə hər iki avtomobil tam yanıb. F.Qasımov yanaraq ölüb, T.İsmayılov isə xəsarətlə 3 saylı xəstəxanaya yerləşdirilib.
Bakıda iki avtomobil toqquşub, sürücülərdən biri yanaraq ölüb

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İ.İzzət/

Bakıda iki avtomobil toqquşaraq yanıb, sürüclərdən biri ölüb, digər isə xəsarət alıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 4-ü saat 03:00 radələrində, Xəzər rayonu Bakı-Buzovna yolunda Bakı şəhər sakinləri 1971-ci il təvəllüdlü Teymur İsmayılovun idarə etdiyi "Azsamand" markalı və Fərahim Qasımovun idarə etdiyi "QAZ-24" markalı avtomobillər toqquşub.

Nəticədə hər iki avtomobil tam yanıb. F.Qasımov yanaraq ölüb, T.İsmayılov isə xəsarətlə 3 saylı xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti