...

Şəkidə yaşayış evi yanıb

Hadisə Materials 7 Fevral 2014 22:36 (UTC +04:00)
Bu gün saat 19:00 radələrində Şəkinin Aşağı Kəldək kəndində yaşayış evində yanğın baş verib.
Şəkidə yaşayış evi yanıb

Azərbaycan, Bakı, 7 fevral /Trend /

Bu gün saat 19:00 radələrində Şəkinin Aşağı Kəldək kəndində yaşayış evində yanğın baş verib.

Trend Kanal S-ə istinadən məlumat verir ki, hadisə zamanı Cavadov Xanlar Cuma oğluna məxsus 180 kvadrat metr sahəsi olan 2 mərtəbəbli yaşayış evinin dam örtüyünün 10 kvadrat metri yanıb.

Yanğın zamanı xəsarət alan olmasa da, ev sahibinə xeyli maddi ziyan dəyib. Evdəki əşyaların bir hissəsini xilas etmək mümkün olsa da, əksər hissəsi kül olub.

Hadisə yerinə FHN-nin Şəki Regional Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alovun genişlənməsinin qarşısı alınıb.

Lakin kənd sakinlərini yanğından başqa kəndin giriş hissəsində adını bildirən lövhənin olmamasıdır. Belə ki, həmin lövhənin vurulmaması yanğınsöndürənlərin yolu tapmasına çətinlik yaradıb.

Xəbər lenti

Xəbər lenti