...

Bakı polisi şəhər sakininə qarşı quldurluq etmiş şəxsləri saxlayıb

Hadisə Materials 11 Fevral 2014 11:24 (UTC +04:00)
Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Türkan qəsəbə sakinləri Vilayət Əliyev və Tehran Təhməzov tutulub.
Bakı polisi şəhər sakininə qarşı quldurluq etmiş şəxsləri saxlayıb

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Bakı polisi şəhər sakininə qarşı quldurluq etmiş şəxsləri saxlayıb.

Fevralın 9-da Bakı şəhər sakini Əbülfəz Rəhimov Xəzər RPİ 1-ci PB-yə müraciət edərək bildirib ki, həmin gün saat 16:30 radələrində, Türkan qəsəbəsində iki nəfər naməlum şəxs onu zorla Bakı şəhər sakini Tehran Təhməzova məxsus "VAZ-2106" markalı avtomobilə əyləşdirərək dəniz kənarına aparıb. Yolda əlindən mobil telefonu və təsbehini alaraq bıçaqla hədələyib, onun bir daha qəsəbəyə gəlməməsini tələb edib, avtomobilin yük yerinə salaraq ünvanını bilmədiyi emalatxanaya aparıb saat 17:00-dan 18:00-dək saxladıqdan sonra buraxıblar.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Türkan qəsəbə sakinləri Vilayət Əliyev və Tehran Təhməzov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti