...

Bakıda minik maşını ilə mikroavtobus toqquşub, sürücü xəsarət alıb

Hadisə Materials 14 Fevral 2014 09:22 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda “VAZ” markalı minik avtomobili və “Daewoo” markalı mikroavtobus toqquşub.
Bakıda minik maşını ilə mikroavtobus toqquşub, sürücü xəsarət alıb

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İ.İzzət/

Bakıda minik maşını ilə mikroavtobus toqquşub, sürücü xəsarət alıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda "VAZ" markalı minik avtomobili və "Daewoo" markalı mikroavtobus toqquşub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, hər iki avtomobil deformasiyaya uğrayıb, "VAZ" markalı minik avtomobilinin sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.

Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti