...

Neftçala sakinindən və İmişli ərazisindən silah-sursat götürülüb

Hadisə Materials 1 Mart 2014 12:56 (UTC +04:00)
Neftçala rayon sakinindən silah-sursat götürülüb.
Neftçala sakinindən və İmişli ərazisindən silah-sursat götürülüb

Azərbaycan, Bakı, 1 mart /Trend/

Neftçala rayon sakinindən silah-sursat götürülüb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Həsənabad qəsəbə sakini Azər Dadaşovdan "AKM" markalı silah, səsboğucu və 16 ədəd patron götürülüb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən isə İmişli rayonunun Mirili kəndinin ərazisindən "AKS" markalı silah, 3 ədəd "F-1" qumbarası, 16 patron darağı və 182 ədəd müxtəlif çaplı patron tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti