...

DİN Şəmkirdə baş vermiş qəzada ölən və yaralanan şəxslərin adlarını açıqladı

Hadisə Materials 1 Mart 2014 13:03 (UTC +04:00)
DİN Şəmkirdə baş vermiş qəzada ölən və yaralanan şəxslərin adlarını açıqladı
DİN Şəmkirdə baş vermiş qəzada ölən və yaralanan şəxslərin adlarını açıqladı

Azərbaycan, Bakı, 1 mart /Trend/

DİN Şəmkirdə baş vermiş qəzada ölən və yaralanan şəxslərin adlarını açıqladı.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 28-də saat 15 radələrində Şəmkir rayonu Seyfəli kəndinin ərazisində Sabirkənd kənd sakini Rəsul Əliyevin idarə etdiyi "VAZ-21011" və İmişli rayon sakini Tahir İsmayılovun idarə etdiyi "QAZ-3102" markalı avtomobillər toqquşub, idarəetməni itirmiş R.Əliyev avtomaşını qarşıdan gələn Samux rayon sakini Elçin Xəlilovun idarə etdiyi "QAZ-24" markalı avtomobilə çırpıb.

R.Əliyev və sərnişinlərindən - arvadı Rəfiqə Əliyeva, həmyerlisi Rəqibə Əliyeva, habelə E.Xəlilovun sərnişini - Samux rayon sakini İsgəndər İsmayılov hadisə yerində ölüb, R.Əliyevin digər sərnişini - qohumu Anarə Əliyeva xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti