Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İzzət/
Lənkəran rayonu Darquba kənd sakinləri həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıblar.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, martın 4-də Lənkəran rayonu Darquba kəndinin ərazisində Vasif Rzayevin uzərində zorakılıq ələmətləri görünməyən meyiti tapılıb. Lakin müayinə zamanı V.Rzayevin sol qabırğasında sınıq aşkar edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törədilməsində şübhəli bilinən Darquba kənd sakinləri Valeh Təhməzov və Sərhəd Cəbiyev saxlanılıblar.