Təfərrüatlar əlavə olunub (İlk xəbər saat 12:44-də yayılıb)
Azərbaycan, Bakı, 28 mart /Trend/
Bu gün saat 11 radələrində Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında bıçaqlanma faktı baş verib.
Trend-in RTV-yə istinadən verdiyi məlumata görə, təhsil müəssisəsinin Vüqar adlı I kurs tələbəsi Salyandan olan Xalid adlı tələbəyə 3 bıçaq zərbəsi endirib.
Yaralı ağır vəziyyətdə Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
XXX
Artıq bıçaqlanan şəxsin kimliyi məlum olub. Bu, Salyan rayon sakini 18 yaşlı Osmanlı Xalid Nəbi oğludur. Quba Mərkəzi Rayon Xəstəxanasından RTV-yə verilən məlumata görə, ona 2 bıçaq xəsarəti yetirilib.
Quba rayon prokurorluğundan verilən məlumata görə, hadisəni törətməkdə şühəli bilinən şəxs artıq saxlanılıb.
Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.