...

Bakıda vətəndaşların mal-mülkünə qənim kəsilmiş şəxslər tutulub

Hadisə Materials 2 Aprel 2014 12:00 (UTC +04:00)
Bakının Binəqədi rayonunda evlərdən oğurluq edən şəxslər tutulub.
Bakıda vətəndaşların mal-mülkünə qənim kəsilmiş şəxslər tutulub

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İzzət/

Bakının Binəqədi rayonunda evlərdən oğurluq edən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 28-nə keçən gecə Binəqədi qəsəbəsi M.Ələkbərov küçəsində yaşayan Bəxəddin Mirzəyevin evindən pəncərəni sındırmaq yolu ilə 50 manat və 1 cüt sırğa oğurlanıb. Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Səmaləddin Cəfərov tutulub.

Müəyyən edilib ki, o, martın 23-də M.Ələkbərov küçəsində Eynulla Məmişovun evindən pəncərənin çərçivəsini çıxarmaq yolu ilə siqaret, martın 27-də Ələkbərov küçəsində Səriyyə Çobanovanın evindən mobil telefon, bərbər alətləri, martın 29-da M.Ələkbərov küçəsində İlqar Məlikovun evindən isə bir cüt ayaqqabı oğurlayıb.

Fevralın 26-da Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Emin Cəfərov və Hacıbala Tağıyev yaxalanıblar. Onlar fevralın 17-dən 26-dək olan müddətdə Biləcəri qəsəbəsində Cavanşir Mayılovun evindən, plastik pəncərəni açmaq yolu ilə fotoaparat və 2 ədəd qol saatı oğurlayıblar.

İstintaq zamanı müəyyən edilib ki, bundan əlavə onlar fevralın 1-nə keçən gecə Biləcəri qəsəbəsi Füzuli küçəsində yaşayan İzzət Məmmədovanın evindən qızıl-zinət əşyaları, bijuteriya, 2 ədəd noutbuk, 3 ədəd mobil telefon, fevralın 7-də Binəqədi yolunda Teymur İbrahimovun evindən 5 min manat, fotoaparat, 3 ədəd mobil telefon, fevralın 12-də M.Abdin küçəsində yaşayan Azər Zeynalovun evindən 2600 manat və qızıl boyunbağı oğurlayıblar. Cinayətin digər iştirakçı olan Bakı şəhər sakini Azər Həşimi isə aprelin 1-də yaxalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti