...

Bakıda penitensiar müəssisələrə meyvə şirəsi və ayaqqabının içində telefon keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 5 May 2014 14:03 (UTC +04:00)
Bakıda penitensiar müəssisələrə meyvə şirəsi və ayaqqabının içində telefon keçirilməsinin qarşısı alınıb.
Bakıda penitensiar müəssisələrə meyvə şirəsi və ayaqqabının içində telefon keçirilməsinin qarşısı alınıb

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir İ.İzzət/

Bakıda penitensiar müəssisələrə meyvə şirəsi və ayaqqabının içində telefon keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Şahin Murfazil oğlu Abdullayevə qardaşı Tural Murfazil oğlu Abdullayevin gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı 2 (iki) ədəd "Vita" şirələrinin içərisində gizlədilmiş 1 (bir) ədəd "Nokia" və 1 (bir) ədəd "Samsunq" Duas markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.

Qeyd edək ki, Şahin Abdullayev Cinayət Məcəlləsinin 234.2; 29, 317.1.1 maddələrinə əsasən həbs edilib.

Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nəriman Fəxrəddin oğlu Hüseynovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Məftun Böyükkişi oğlu Allahyarovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı onun geyindiyi ayaqqabının içərisindən "Blackberry" markalı mobil telefon aparatı və mobil telefon aparatı üçün nəzərdə tutulmuş elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Nəriman Hüseynov Cinayət Məcəlləsinin 126.1 maddəsinə əsasən azadlıqdan məhrum edilib.

Hər iki fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti