...

DİN: Slavyanskdakı döyüşlərdə 8 ukraynalı hərbçi yaralanıb

Hadisə Materials 5 May 2014 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend/

Ukraynanın daxili işlər naziri Arsen Avakov Donetsk vilayətinin Slavyansk şəhərində döyüşlərin yenidən bərpa edildiyini təsdiqləyib.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, A.Avakov döyüşlərdə 8 ukraynalı hərbçinin yaralandığını qeyd edib.

Onun sözlərinə görə, antiterror əməliyyatı həyata keçirən dəstələr səhər saatlarında terrorçuların pusqusunu aşkarlayıb: "Onlar ağır və iriçaplı silahlardan atəş açırlar, minaatanlardan və digər texnikalardan istifadə edirlər".

Nazir hər iki tərəfdən yaralananların olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti