Azərbaycan, Bakı, 8 may /Trend/
Şamaxıda kimsəsizlər evində yanğın olub.
Trend Kanal S-ə istinadən xəbər verir ki, ötən gün axşam saatlarında ani başlayan yanğın insanların təşvişinə səbəb olub.
Yanğın ruhi-əsəb internat evinin camaşırxanasında baş verib.
Şamaxı Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri tez bir zamanda alovun qarşısını alıblar. Yanğının əsas binaya keçməsinin qarşısı alınıb.
Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur.