Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İ.İzzət/
Mingəçevirdə şəhər sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 14-də Mingəçevirdə şəhər sakini Elçin Bəkir oğlu təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.