Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İ.İzzət/
Bakıda baş verən yol qəzası azyaşlı piyadanın ölümü ilə nəticələnib.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, mayın 15-i saat 17:30 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində 1988-ci il təvəllüdlü Samir Ağayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə 2007-ci il təvəllüdlü Emin Kərimovu vurub. Nəticədə 7 yaşlı E.Kərimovu aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.