...

Laosda hökumət nümayəndələri daxil olmaqla 17 nəfər təyyarə qəzasının qurbanı olub

Hadisə Materials 17 May 2014 14:37 (UTC +04:00)
Laosun şimal-şərqində yerləşən Siyenkuanq vilayətində baş verən təyyarə qəzası nəticəsində 17 nəfər həlak olub. Bəzi məlumatlara görə,An-74 təyyarəsindəki sərnişinlərdən və ekipaj üzvlərindən üçü sağ qalıb. Lakin onların vəziyyəti barədə heç bir məlumat verilmir.
Laosda hökumət nümayəndələri daxil olmaqla 17 nəfər təyyarə qəzasının qurbanı olub

Azərbaycan, Bakı, 17 may /Trend/

Laosun şimal-şərqində yerləşən Siyenkuanq vilayətində baş vermiş təyyarə qəzası nəticəsində 17 nəfər həlak olub. Bəzi məlumatlara görə, An-74 təyyarəsindəki sərnişinlərdən və ekipaj üzvlərindən üçü sağ qalıb. Lakin onların vəziyyəti barədə heç bir məlumat verilmir.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, təyyarədə olan Baş nazirin müavini və müdafiə naziri Dounqtyay Pxiçit, ictimai təhlükəsizlik naziri, Vyentyanın meri, eləcə də bir sıra nazirliklərin, hökumət dəftərxanasının və hakim Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin nümayəndələri də həlak olublar.

Bu yaxınlarda Laos tərəfinin VIP reyslər üçün aldığı An-74 təyyarəsi hərbi parada gedirmiş. Parad bu gün Siyenkuanq vilayətində Laos Xalq Ordusunun hissələrindən birinin 55 illiyi ilə əlaqədar keçirilirdi.

İlkin məlumatlara görə, təyyarə eniş zamanı hündür ağaclardan birinə dəydikdən sonra yerə düşüb. Bir az əvvəl faciənin uçuş-eniş zolağına 4 kilometr qalmış baş verdiyi bildirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti