...

Bakıda restoranda güclü yanğın baş verib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 29 May 2014 15:45 (UTC +04:00)
Dövlət Yanğından Mühafizə Xidmətindən Trend-ə verilən məlumata görə, hazırda yanğın lokallaşdırılır.
Bakıda restoranda güclü yanğın baş verib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İzzət/

Bakının Binəqədi rayonunda güclü yanğın baş verib.

Binəqədi Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Binəqədi rayonunda yerləşən "Meşəbəyi" restoranında yanğın qeydə alınıb.

Əraziyə yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Dövlət Yanğından Mühafizə Xidmətindən Trend-ə verilən məlumata görə, hazırda yanğın lokallaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti