...

Şəkidə yol qəza hadisəsi baş verib, bir nəfər xəsarət alıb

Hadisə Materials 31 May 2014 20:26 (UTC +04:00)
Bu gün Şəkidə yol qəza hadisəsi baş verib.
Şəkidə yol qəza hadisəsi baş verib, bir nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 31 may /Trend /

Bu gün Şəkidə yol qəza hadisəsi baş verib. Hadisə zamanı sükan arxasına içkili vəziyyətdə əyləşən sürücü piyadanı vurub.

Trend Kanal S-ə istinadən xəbər verir ki, hadisə saat 18:00 radələrində Şəkinin Aşağı Göynük kəndi ərazisində qeydə alınıb. Belə ki, hadisə zamanı Şamaxı sakini Qafarov Tural Həbib oğlu, idarə etdiyi VAZ-2107 markalı avtomobillə adı çəkilən kənd ərazisində, Şəkinin Köndələn kənd sakini Şahmərdanov Gündüz Rafiq oğlunu vurub. Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxs kənd sakinlərinin köməkliyi ilə dərhal Şəki rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hadisə zamanı avtomobil piyadanı vurduqdan sonra təxminən 8-10 metr sonra dayana bilib. Şahidlərin sözlərinə əsasən, sürücü sərxoş vəziyyətdə olub.

Faktla əlaqədar Şəki şəhər rayon polis şöbəsində araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Xəbər lenti

Xəbər lenti