...

Bakıda mənzildə 2 azyaşlı uşaq köməksiz vəziyyətdə tapılıb

Hadisə Materials 3 İyun 2014 03:15 (UTC +04:00)
Bakıda mənzildə 2 azyaşlı uşaq köməksiz vəziyyətdə tapılıb.
Bakıda mənzildə 2 azyaşlı uşaq köməksiz vəziyyətdə tapılıb

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Bakıda mənzildə 2 azyaşlı uşaq köməksiz vəziyyətdə tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nəsimi rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıblar.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil veriliblər.

Xəbər lenti

Xəbər lenti