...

Abşeronda "Opel" piyadanı vuraraq öldürüb

Hadisə Materials 4 İyun 2014 13:15 (UTC +04:00)
Abşeron rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Abşeronda "Opel" piyadanı vuraraq öldürüb

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İzzət/

Abşeron rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 3-də saat 22:00 radələrində Abşeron rayonu ərazisində Goranboy rayon sakini Ruslan Salmanov idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Bəkir Səfərovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti