...

Gəncədə qaz balonundan sızma dönərxanada yanğına səbəb olub

Hadisə Materials 8 İyun 2014 22:59
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, hadisə bu gün saat 21 radələrində baş verib. Nəriman Nərimanov prospektində bina 33-ün birinci mərtəbəsində Gəncə şəhər sakini 33 yaşlı Emin Abdullayevə məxsus 3 otaqlı dönərxanada güclü yanğın olub.
Gəncədə qaz balonundan sızma dönərxanada yanğına səbəb olub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, hadisə bu gün saat 21 radələrində baş verib. Nəriman Nərimanov prospektində bina 33-ün birinci mərtəbəsində Gəncə şəhər sakini 33 yaşlı Emin Abdullayevə məxsus 3 otaqlı dönərxanada güclü yanğın olub.

Hadisə yerinə Fövqalada Hallar Nazirliyinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə idarəsinin 3 yanğın söndürən avtomobili 21 canlı qüvvəsi cəlb edilib. Yanğın güclü olsada yangın söndürənlər alovun digər binalara keçməsinin qarşısını alıb.

Bildirək ki, ümumi sahəsi 54 kv metr olan 3 otaqlı dönərxanada 1 dəst mətbəxt mebeli, 4 ədəd soyuducu, 6 ədəd stol stul və digər əşyalar tamami ilə yanıb. Yanğının baş verməsinə səbəb qaz balonundan sızma olub. Məlumat üçün bildirək ki, dönərxanada 10 ədəd qaz balonu olub və 3 ədəd qaz balonu sızıb. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti