...

Qadının başına daşla vurub qulağından qızıl sırğalarını qoparan şəxs saxlanılıb

Hadisə Materials 11 İyun 2014 11:05 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda və oğurluqda şübhəli bilinən Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Vladislaf Arifoviç Nestrov tutulub.
Qadının başına daşla vurub qulağından qızıl sırğalarını qoparan şəxs saxlanılıb

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Qadının başına daşla vurub qulağından qızıl sırğalarını qoparan şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda və oğurluqda şübhəli bilinən Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Vladislaf Arifoviç Nestrov tutulub.

Müəyyən edilib ki, o, mayın 23-də K.Şamilov küçəsində orada yaşayan Gövhər Nəsibovanın baş nahiyyəsindən daş parçası ilə vurub yerə yıxıb, qulağında olan qızıl sırğaları qopararaq qaçıb. İyunun 6-na keçən gecə o, İ.Hacıyev küçəsində yaşayan Təranə Eyvazovanın mənzilindən oğurluq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti