Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İzzət/
Lənkəran rayonunda 2 ədəd təlim və 1 ədəd döyüş qumbaraları aşkar edilərək zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Lənkəran rayonunun Səpnəkəran kənd orta məktəbinin istifadə edilməyən sanitar qovşağına baxış zamanı məktəbin balansında olan, hərbi dərslərin keçirilməsində istifadə üçün nəzərdə tutulmuş 2 ədəd təlim və 1 ədəd döyüş qumbaraları aşkar edilib.
Döyüş qumbarası və 1 ədəd qumbara alışdırıcısı təhlükə yaratdığından DİN-in Daxili Qoşunlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.