Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlkin İzzət/
Şəmkirdə kanaldan meyiti tapılmış Sumqayıt sakini 3 gün əvvəl yol qəzasında öldüyü müəyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 18-də Şəmkir rayonunun Təzəkənd kəndi ərazisindən keçən kanalda Sumqayıt şəhər sakini Abbas Köçərlinin meyiti tapılıb.
Araşdırmalar zamanı A.Köçərlinin iyunun 16-da baş vermiş yol-nəqliyyat hadisəsi zamanı kanala düşməsi müəyyən edilib.