...

Bakının “Park Bulvar” ticarət mərkəzində oğurluq edən şəxs tutulub

Hadisə Materials 1 İyul 2014 14:06 (UTC +04:00)
Bakının “Park Bulvar” ticarət mərkəzində oğurluq edən şəxs tutulub.
Bakının “Park Bulvar” ticarət mərkəzində oğurluq edən şəxs tutulub

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İlkin İzzət/

Bakının "Park Bulvar" ticarət mərkəzində oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 25-də Səbail rayonu Bülbül prospektində naməlum şəxs Bakı şəhər sakini İsmayıl Orucova zor tətbiq edərək içərisində 50 manat və mobil telefonu olan pul kisəsini alıb.

Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Rüfət Qəhrəmanov iyunun 30-da tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyunun 26-da "Park Bulvar" ticarət mərkəzində Bakı şəhər sakini Yadigar Ağayevə məxsus "KİA" markalı avtomobildən mobil telefon oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti