...

Bakının məşhur ticarət mərkəzlərindən birində bıçaqlanma baş verib

Hadisə Materials 15 İyul 2014 12:51 (UTC +04:00)
Bakının məşhur ticarət mərkəzlərindən birində bıçaqlanma baş verib.
Bakının məşhur ticarət mərkəzlərindən birində bıçaqlanma baş verib

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlkin İzzət/

Bakının məşhur ticarət mərkəzlərindən birində bıçaqlanma baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 14-də Nəsimi rayonu ərazisində yerləşən "28 Mall" ticarət mərkəzində naməlum şəxs münaqişə zəminində Bakı şəhər sakini Konstantin Dutkinə bıçaqla xəsarət yetirib.

Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini İsmayıl Abbasov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti