...

Dənizdə batan 26 yaşlı gəncin meyiti tapılıb

Hadisə Materials 18 İyul 2014 18:40 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunda dənizdə (“Xəzər” sularda xilasetmə postundan, təxminən, 600 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmış 1988-ci il təvəllüdlü Heydər Afiq oğlu Babayevin axtarışları başa çatıb.
Dənizdə batan 26 yaşlı gəncin meyiti tapılıb

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Dənizdə batan 26 yaşlı gəncin meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunda dənizdə ("Xəzər" sularda xilasetmə postundan, təxminən, 600 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmış 1988-ci il təvəllüdlü Heydər Afiq oğlu Babayevin axtarışları başa çatıb.

H.Babayevin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən 10 km aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş digər məlumata əsasən isə, Bakı şəhəri, Qaradağ rayonunda dənizdə ("Qaradağ-1" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin "Qaradağ-1" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti