...

Şəkinin Aşağı Göynük kəndində yanğın hadisəsi baş verib

Hadisə Materials 20 İyul 2014 15:59 (UTC +04:00)
Şəkinin Aşağı Göynük kəndində yanğın hadisəsi baş verib.
Şəkinin Aşağı Göynük kəndində yanğın hadisəsi baş verib

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Şəkinin Aşağı Göynük kəndində yanğın hadisəsi baş verib.

Trend-in Kanal S-ə istinadən verdiyi məlumata görə, yanğın zamanı Aşağı Göynük kənd sakini Şahid Hüseynəli oğlu Mustafayevin yaşadığı evin həyətyanı sahəsində tikilmiş ümumi sahəsi 60 kvadrat metr olan mal tövləsində bir hissəsi yanıb.

Yanğın nəticəsində tövlənin çardaq hissəsinin 16 kvadrat metr sahəsinin yanar konstruksiyaları və çardağa yığılmış 4 ton quru ot kütləsindən 2 tonu yanaraq yararsız hala düşüb.

Hadisə baş verən əraziyə FHN-nin Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin vaxtında müdaxiləsi ilə alovun yaxınlıqdakı tikilililərə keçməsinin qarşısı alınıb. Hadisə şahidlərinin sözlərinə görə, yanğına səbəb ildırım olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti