Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:26-da yayılıb)
Azərbaycan, Bakı, 23 iyul /Trend/
Kür çayında batan 21 yaşlı gəncin cəsədi tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Kür çayının Salyan rayonu, Kür Qaraqaşlı kəndindən keçən hissəsində ("Salyan" sularda xilasetmə məntəqəsindən təxminən 4 km məsafədə, nəzarət olunmayan ərazidə) 1993-cü il təvəllüdlü Ağasəlim Taleh oğlu Səlimovun batmış cəsədi nazirliyin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 40 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 17:30-da başa çatıb.