Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir Qalib Mirzəzadə/
Şəkidə yanğın yenidən alovlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dünən Şəki rayonunun ərazisində kənd bələdiyyəsinə məxsus yüksək dağlıq sahədə baş vermiş yanğın 29 avqust 2014-cü il tarixində saat 12 radələrində söndürülsə də, əsən güclü külək nəticəsində yenidən alovlanaraq Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kiş meşəbəyliyinin 3 saylı dolayına keçib.
Yanğının qarşısını almaq üçün əraziyə ETSN-in Şəki, Zaqatala, Qax və Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və FHN-in Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində səylər davam etdirilir.