...

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Hadisə Materials 30 Avqust 2014 12:45 (UTC +04:00)
Paytaxtın Nizami rayonu ərazisində “Mercedes” markalı avtomobillə paytaxt sakinini vuraraq öldürüb.
Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir İlkin İzzət/

Paytaxtın Nizami rayonu ərazisində "Mercedes" markalı avtomobillə paytaxt sakinini vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 29-da saat 22 radələrində paytaxtın Nizami rayonu M.Əliyev küçəsində Bakı şəhər sakini Kamil İmamaliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Yura Məmmədovu vurub. Piyada hadisə yerində ölüb.

Faktla əlaqədar Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti