...

Sumqayıtda silah-sursat tapılıb

Hadisə Materials 3 Sentyabr 2014 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İlkin İzzət/

Stansiya Sumqayıt qəsəbəsinin ərazisində silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşları tərəfindən Stansiya Sumqayıt qəsəbəsinin ərazisindən 1 ədəd "AKM" markalı silah, 1 ədəd "F-1" qumbarası və 1 ədəd mərmi tapılıb.

Faktla əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti