...

Xızıda avtomobil dəmir maneəyə çırpılıb, 1 nəfər yaralanıb

Hadisə Materials 27 Sentyabr 2014 02:53 (UTC +04:00)
Bu gün gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 65-ci kilometrliyində, Xızı rayon Sitalçay kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Xızıda avtomobil dəmir maneəyə çırpılıb, 1 nəfər yaralanıb

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Bu gün gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 65-ci kilometrliyində, Xızı rayon Sitalçay kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Trend Regional TV-yə istinadən məlumat verir ki, 1989-cu il təvəllüdlü Abşeron rayon Ceyranbatan qəsəbə sakini Emin Hüseynovun idarə etdiyi "VAZ 2104" markalı avtomobil idarəetməni itirərək yolun ortasındakı dəmir maneəyə çırpılıb.

Nəticədə sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hazırda fakt araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti