...

Yəməndə xəstəxananın qarşısında partlayış nəticəsində 15 nəfər həlak olub

Hadisə Materials 29 Sentyabr 2014 00:36 (UTC +04:00)
Yəmənin Marib (ölkənin mərkəzi hissəsi) əyalətində sentyabrın 28-də üsyançılar (xousitlər) qərargah kimi istifadə etdiyi xəstəxananın yanında minalanmış avtomobil partladılıb.
Yəməndə xəstəxananın qarşısında partlayış nəticəsində 15 nəfər həlak olub

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Yəmənin Marib (ölkənin mərkəzi hissəsi) əyalətində sentyabrın 28-də üsyançılar (xousitlər) qərargah kimi istifadə etdiyi xəstəxananın yanında minalanmış avtomobil partladılıb. Ən azı 15 nəfər ölüb, 50 nəfər yaralanıb.

Trend İTAR-TASS agentliyinə istinadən bu barədə ərəb KİV-ləri məlumat verir.

Terrorçu idarə etdiyi avtomobildə quraşdırılmış partlayıcı qurğunu işə salıb.

Hücuma Əl-Cafra rayonunda yerləşən xəstəxana məruz qalıb.

Terror aktına görə məsuliyyəti öz üzərinə "Əl-Qaidə" ilə bağlı "Ənsər aş-Şaria" qruplaşması götürüb.

Xəbər lenti

Xəbər lenti