...

Bərdədə evdə partlayış olub, iki nəfər xəsarət alıb

Hadisə Materials 27 Oktyabr 2014 09:10 (UTC +04:00)
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bərdədə evdə partlayış olub, iki nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Bərdədə evdə partlayış olub, iki nəfər xəsarət alıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bərdə rayonu, Kətəlparaq kəndində vətandaşa məxsus ümumi sahəsi 156 kv. m olan kürsülü, birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnməyən partlayış hadisəsi baş verib.

Nəticədə evin karton və lambirdən ibarət tavan hissəsi qismən tökülüb və pəncərə şüşələri qırılıb.

Partlayış zamanı 2 nəfər yanıq xəsarəti alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti