...

Dəm qazı bir gündə 3 nəfərin həyatına son qoydu

Hadisə Materials 10 Noyabr 2014 13:17 (UTC +04:00)
Bakıda üç nəfər dəm qazından zəhərlənərək ölüb.
Dəm qazı bir gündə 3 nəfərin həyatına son qoydu

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda üç nəfər dəm qazından zəhərlənərək ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 9-da Binəqədi rayon sakini Şəmsi Nağıyev, Nizami rayonu Keşlə qəsəbə sakini Rəqsanə Məmmədova və Yasamal rayon sakini Aynur Muradova dəm qazından zəhərlənərək ölüblər.

Hər üç faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti