...

İstirahət günləri Azərbaycanda dəm qazından 3 nəfər ölüb, 8 nəfər zəhərlənib

Hadisə Materials 1 Dekabr 2014 14:10 (UTC +04:00)
İstirahət günləri Azərbaycanda dəm qazından 3 nəfər ölüb, 8 nəfər zəhərlənib. Zəhərlənmələrin bəziləri ailəvi şəkildə olub.
İstirahət günləri Azərbaycanda dəm qazından 3 nəfər ölüb, 8 nəfər zəhərlənib

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir İlkin İzzət/

İstirahət günləri Azərbaycanda dəm qazından 3 nəfər ölüb, 8 nəfər zəhərlənib. Zəhərlənmələrin bəziləri ailəvi şəkildə olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 29-da Sumqayıt şəhər sakini Səadət Balayeva, Zaqatala rayon sakini Könül Qudiyeva evlərində dəm qazından boğulublar.

Noyabrın 30-da isə Gəncə şəhər sakini Arzu Aslanov Sumqayıt şəhərində kirayədə yaşadığı "Qurd-Dərəsi" adlanan bağlar sahəsindəki evdə dəm qazından zəhərlənərək ölüb.

Dəm qazından zəhərlənsə da, canlarını qurtara bilənlər də olub. Belə ki, noyabrın 29-da Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində Hədiməxatun Səfərova və onun bacısı Səma, noyabrın 30-da isə Gəncə şəhər sakini Orxan Məcidzadə, Bakının Binəqədi rayonu ərazisindən Xanım İslamova, onun oğlu Nihat, Gülgəz Mehdiyeva, onun oğlu Mətin və qızı Mədinə dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib və onlara ilkin tibbi yardım göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti